Modern.az

Bayraq meydanında yanğın

Bayraq meydanında yanğın

Aktual

7 İyun 2018, 23:31

Ağdamda Bayraq Meydanında yanğın baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, yanğın rayonun İmamqulubəyli kəndində Soltanbut təpəciyinin üzərində yerləşən Bayraq meydanının işıqlanma sistemində baş verən qısaqapanmadan meydana gəlib.

 

Yanğına ilkin olaraq ərazidə xidmət aparan Ağdam RPŞ-nin əməkdaşları müdaxilə edərək alovun genişlənməsinin qarşısını alıblar. Daha sonra hadisə yerinə FHN-nin Ağdam yanğınsöndürən bölməsinin iki maşını cəlb olunub.

 

Alov qısa müddətdə söndürülüb.

Sizə yeni x var
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?