Modern.az

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

Aktual

7 İyun 2018, 23:45

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 6-da 76,13 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,42 dollar/barel çoxdur. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 6-da 75,47 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,48 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 6-da 72,58 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,39 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 6-da 73,65 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,46 dollar/barel çoxdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?