Modern.az

Növbəti reyd - ekologiyaya 709 manat ziyan vurulub                          

Növbəti reyd - ekologiyaya 709 manat ziyan vurulub                          

Aktual

8 İyun 2018, 09:17

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları  tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd keçirilib. 


Nazirlikdən Modern.az-a bildirilib ki, Xaçmaz rayonu ərazisində keçirilən reyd zamanı Çinartala kəndi ərazisində Zeynəddin Daşdəmirova məxsus yeşik hazırlanan sexdə  qanunsuz yolla əldə edilmiş 4,1 m3 həcmində fıstıq cinsli meşə materialı aşkar edilib.

Faktla bağlı sexin sahibi barəsində akt tərtib edilib və ona təbiətə dəyən 709 manat məbləğində ziyan tətbiq olunub.

 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?