Modern.az

Onlar “İlin ən yaxşı tələbələri” seçildilər 

Onlar “İlin ən yaxşı tələbələri” seçildilər 

Aktual

8 İyun 2018, 09:51

Bakı Ali Neft Məktəbinin (BANM) iki tələbəsi – “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 1-ci kurs tələbəsi Mahirə Əsədzadə və həmin ixtisasın 2-ci kurs tələbəsi Abdulla Əsgərzadə 25-ci Beynləlxalq Xəzər Neft və Qaz sərgi-konfransında ali məktəbə ən yüksək balla daxil olduqları və uğur əldə etdikləri üçün “İlin ən yaxşı tələbəsi” adına layiq görülüblər.

Modern.az-ın məlumatına görə, tələbələr sertifikat və pul mükafatı ilə təltif olunublar.

Qeyd edək ki, hər iki tələbə BANM-a 700 balla daxil olub. Abdulla Əsgərzadə BANM-a qəbul olduqdan sonra qısa bir müddətdə İELTS imtahanından 6.5 bal toplayaraq birbaşa Ali Məktəbin 2-ci kursuna qəbul olunub. Mahirə Əsədzadə isə 2 milyard ton neftin hasilatı ilə bağlı keçirilən böyük tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin qarşısında möhtəşəm çıxışı ilə hər kəsin diqqətini qazanmışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)