Modern.az

Sumqayıtda yanğın - Sakinlər təxliyə edildi

Sumqayıtda yanğın - Sakinlər təxliyə edildi

Aktual

8 İyun 2018, 11:03

Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 67 m² olan 3 otaqlı mənzilin mətbəxində 2 ədəd məişət avadanlığı və 0,5 m² sahədə mətbəx mebeli yanıb.

Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 15 m² sahədə əriyib.

 

Yanğın zamanı 11 nəfər bina sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?