Modern.az

25 kiloqrama yaxın narkotik dövriyyədən çıxarıldı

25 kiloqrama yaxın narkotik dövriyyədən çıxarıldı

Aktual

8 İyun 2018, 11:07

Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlərini uğurla davam etdirirlər.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, təkcə bir gün ərzində - iyunun 7-də bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 25 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş xeyli sayda çətənə kolu polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

 

Qeyd edək ki, ötən gün daxili işlər orqanları tərəfindən narkotiklərlə əlaqəli 22 fakt müəyyən edilib.

Bu istiqamətdə tədbirlər qətiyyətlə davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?