Modern.az

Bakıda mənzildən 70 min dollar oğurladılar

Bakıda mənzildən 70 min dollar oğurladılar

Aktual

8 İyun 2018, 11:22

Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində cari ilin yanvarında Şamil Şirinovun evindən 70000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakinləri -  Elgün Yusifov, Elşad Nazmzaov və Kəlbəcər rayon sakini Röyal Sabirli saxlanılıb.

 

Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Araşdırma zamanı məlum olub ki, zərərçəkənin mənzilində külli miqdarda pul olması barədə dəstə üzvü E.Yusifovun əvvəlcədən məlumatı olub.

 

Onun təklifi əsasında dəstənin digər üzvü R.Sabirli mənzilə daxil olaraq orada olan pulu oğurlayıb. H

 

Hadisədən sonra dəstə üzvləri əldə etdikləri pulu aralarında bölüblər. Saxlanılan şəxslər ifadələrində törətdikləri hadisəni etiraf ediblər.

 

Faktla bağlı  Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri əməliyyat tədbriləri və istintaq hərəkətləri davam etdirilir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?