Modern.az

Əcnəbi vətəndaşı aldadaraq 77 min manatını alan qadın tutuldu - BAKIDA

Əcnəbi vətəndaşı aldadaraq 77 min manatını alan qadın tutuldu - BAKIDA

Aktual

8 İyun 2018, 13:57

İyunun 7-də Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş 2017-ci ilin fevral ayından cari il mart ayınadək olan müddətdə Sevinc adlı şəxsin paytaxt ərazisində onun alması üçün ev tapacağı adı ilə aldadaraq 77.000 manatını aldığını bildirib.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Sevinc Mirzəyeva müəyyən edilərək saxlanılıb.

 

Faktla bağlı Nəsimi RPİ-də Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?