Modern.az

Xırdalandakı Pivə zavoduna açıq ekskursiya başladı  

Xırdalandakı Pivə zavoduna açıq ekskursiya başladı   

Aktual

8 İyun 2018, 14:46

 

 “Carlsberg Azerbaijan” öz pivəbişirmə zavodunda geniş auditoriya üçün müntəzəm ekskursiyalara start verib. İndi hər bir azərbaycanlı və paytaxtın qonaqları ölkədə ən iri pivəbişirmə müəssisəsində pivənin necə hazırlandığını görmək üçün zavodu ziyarət edə bilər.

 

Modern.az-ın məlumatına görə, pivə ekskursiyalarının rəsmi açılışında Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin nümayəndələri iştirak edib.

 

“Carlsberg Azerbaijan”nın baş direktoru Vyaçeslav Maltsev tərəfindən qırmızı lent kəsildikdən sonra qonaqlar ekskursiyaya dəvət olunub.

 

Ekskursiya zamanı qonaqlar pivəbişirmə tarixi, qədim zamanlardan bu günədək texnologiyaların təkamülü ilə tanış olublar, təbii inqrediyentləri və ən son beynəlxalq standartlara cavab verən müasir istehsalı görüblər.

 

“Carlsberg Azerbaijan”nın baş direktoru Vyaçeslav Maltsev: “Mən inanıram ki, Pivə ekskursiyalarının açılışı həm pivə bazarı və istehlak mədəniyyətinin inkişafı, həm ölkədə sənaye turizminin inkişafında böyük addım olacaq. Bu gündən etibarən qapılarımız bütün ziyarətçilər üçün açıqdır və biz məhsulumuzu necə istehsal etdiyimiz barədə məmnuniyyətlə danışacağıq. Qeyd edim ki, şirkətimiz “Carlsberg Group”-un bir hissəsidir və məhsulumuz ən yüksək beynəlxalq keyfiyyət standartlarına cavab verir. Əminəm ki, Pivə ekskursiyaları pivə barədə bütün mifləri yox etməyə və istehlakçılarımızın məlumatlılığını artırmağa kömək edəcək”.

 

Ekskursiyaya yazılmaq üçün 0123420900 nömrəsinə zəng edə, [email protected] elektron poçtu vasitəsilə əlaqə saxlaya və ya Facebook sosial şəbəkəsində rəsmi səhifəmizə yaza bilərsiniz.

 

Ekskursiyalar pulsuzdur!

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?