Modern.az

NATO İraqda fəaliyyətini genişləndirir

NATO İraqda fəaliyyətini genişləndirir

Aktual

8 İyun 2018, 14:58

Avropa Birliyi və NATO İraqdakı fəaliyyətlərini genişləndirmək niyyətindədir.

 

Modern.az xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq Avropa Birliyi ilə münasibətlərə aid hesabatda bildirib.

 

“NATO və AB İraqdakı fəaliyyətlərini genişləndirməyi qərara alıb. AB əsasən vətəndaşların təhlükəsizliyinin təmin olunması məsələləri ilə məşğul olacaq. NATO isə ordu üçün təlimçilərin hazırlanmasını təmin edəcək” – Stoltenberq bildirib.

 

Stoltenberq həmçinin AB ilə iyulun 11-12-də keçiriləcək sammitdə yeni bəyannamənin imzalanacağına da diqqət çəkib. Bu bəyannamə ilə tərəfdaşlığı daha da dərinləşəcəyi bildirilir.

 

Qeyd edək ki, AB ilə NATO arasında əməkdaşlıq haqda ilk bəyannamə 2016-cı ildə Varşavada imzalanıb.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?