Modern.az

Rusiyada uşaqlara acıqlanan kişi atəş açdı

Rusiyada uşaqlara acıqlanan kişi atəş açdı

Aktual

8 İyun 2018, 16:18

Rusiyanın Çelyabinsk əyalətində kişi uşaqlara odlu silahdan atəş açıb.

 

Modren.az “TASS” agentliyinə istinadən xəbər verir ki, kişi uşaqlara onun qarajı ətrafında oynadıqlarına əsəbləşib atəş açıb.

 

Rusiya Federasiyasının İstintaq Komitəsinin mərkəzi idarəsi hadisə ilə bağlı agentliyə məlumat bildirilib. İdarənin verdiyi məlumatda 63 nömrəli gimnaziya önündə qarajın üzərində qaçan uşaqlara qaraj sahibi silahla bir neçə dəfə atəş açdığı qeyd edilib.

 

“ilkin məlumatlara görə şübhəli məktəblilərə ona aid qarajın üzərində qaçdıqları üçün atəş açıb. Həkimlər uşaqlara lazımi yardımı göstəriblər. Məktəblilərdən heç birini xəstəxanaya aparmağa ehtiyac olmayıb” məlumatda bildirilir.

 

Hazırda təhqiqat işləri davam etdirilir. Atış açan şəxsə qarşı silah istifadə etməklə xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.

 

Əvəz ZEYNALOV

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı