Modern.az

Şimali Koreya liderinin oxşarı saxlanıldı - FOTO

Şimali Koreya liderinin oxşarı saxlanıldı - FOTO

Aktual

8 İyun 2018, 17:02

Sinqapurun Çanqi hava limanında Şimali Koreya Lideri Kim Çen Inın oxşarı miqrasiya xidməti tərəfindən saxlanılıb.

 

Modern.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, tutulan oxşarın tam adı məlum deyil, amma o özünü Hovard adlandırır.

Şimali Koreya liderinin oxşarı Sinqapura tarixi sammitə görə gəldiyini bildirib. O burada ABŞ prezidenti Donald Trampın oxşarı Alan Dennison ilə birgə çıxış etmək niyyətində olduğunu bildirib.

 

Miqrasiya xidmətinin əməkdaşları iki saat sorğudan sonra onu buraxaraq zarafatla “yüksək səviyyəli görüşlərdən uzaq durmağı” məsləhət görüblər.

 

“Onlar mənim siyasi baxışlarım haqda və mənim digər ölkələrdəki etiraz və iğtişaşlarla əlaqəli olub-olmamağım barədə suallar verdilər” – Kim Çen Inın oxşarı söyləyib.

O, polisin bu yolla onu qorxutmaq istədiyini bildirib.

Əgər onu deportasiya edərlərsə, bunun böyük xəbər olacağını da qeyd edib.

 

Hovard həmçinin onu Sinqapura hansı təşkilatın dəvət etdiyini də söyləməkdən imtina edib.

Qeyd edək ki, Şimali Koreya liderinin oxşarı Hovard Honkonqda anadan olub. O mediada ABŞ prezidenti Donald Trampın oxşarı ilə birgə çıxışları ilə məşhurdur.

 

Əvəz ZEYNALOV

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?