Modern.az

Rusiya səfiri etimadnaməsinin surətini Azərbaycan XİN başçısına təqdim edib

Rusiya səfiri etimadnaməsinin surətini Azərbaycan XİN başçısına təqdim edib

Aktual

8 İyun 2018, 18:34

 

Xarici işlər naziri  Elmar Məmmədyarov Rusiya Federasiyasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu qəbul edib

 

XİN-dən "Report"a verilən məlumata görə, görüşdə səfir Mixail Boçarnikov etimadnəməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Nazir səfiri təyinatı münasibətilə təbrik edib və ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.

 

M.Boçarnikov Azərbaycana təyin olunmasından şad olduğunu və fəaliyyəti dövründə iki ölkə arasında ənənəvi dostluq münasibətlərinin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

 

Görüş zamanı Azərbaycan və Rusiya arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma şəraitində inkişafından məmnunluq ifadə olunub. Siyasi, iqtisadi-ticarət, mədəni-humanitar və digər sahələrdə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. İkitərəfli əməkdaşlığın inkişafında regionlararası əməkdaşlığın xüsusi rol oynadığı qeyd olunub.

 

Söhbət əsnasında həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağmünaqişəsi, Xəzər dənizinin hüquqi statusu və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?