Modern.az

Sumqayıtda 36 yaşlı kişi intihar edib - YENİLƏNİB - TƏFƏRRÜAT

Sumqayıtda 36 yaşlı kişi intihar edib - YENİLƏNİB - TƏFƏRRÜAT

Aktual

8 İyun 2018, 18:41

Sumqayıt şəhərində intihar edən şəxsin kimliyi və hadisənin təfərrüatı məlum olub.

 

"Report"un yerli bürosunun məlumatına görə, bu, 1982-ci il təvəllüdlü Fuad Qalib oğlu Məmmədovdur.

 

O, Sumqayıt şəhərində, 10-cu mikrorayon ərazisindəki ofisində özünü kəndirlə asıb. Araşdırmalar nəticəsində Fuad Məmmədovun 5 milyona yaxın borcu olduğu müəyyənləşib. Məhz bu səbəbdən intihar edib.

 

Faktla bağlı araşdırma aparılır.

 

             ****17:09

 

Sumqayıt şəhərində orta yaşlı kişi intihar edib.

 

Hadisə şəhərin 10-cu mikrorayon ərazisində qeydə alınıb.

 

Belə ki, təqribən, 30-35 yaşlarında olan kişi özünü kəndirlə asaraq öldürüb. Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)