Modern.az

Kamilo Xose Selanın “Seçilmiş əsərləri” kitabı işıq üzü gördü

Kamilo Xose Selanın “Seçilmiş əsərləri” kitabı işıq üzü gördü

Aktual

11 İyun 2018, 11:14

Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – məşhur ispan yazıçısı, Nobel mükafatı laureatı Kamilo Xose Selanın “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb. XX əsr İspaniya  ədəbiyyatının klassiki sayılan Sela, yaradıcılığı boyu bədii ədəbiyyatın müxtəlif janrlarında (şeirlər, hekayələr, romanlar) yazıb-yaratsa da, dünya ədəbiyyatı tarixinə romanlar müəllifi kimi daxil olub.

Yazıçının ilk dəfə Azərbaycan dilində işıq üzü görmüş  “Seçilmiş əsərləri” kitabına dünyaca məşhur “Paskual Duartenin ailəsi”, “Arı yuvası” (1951) və “İki ölü üçün mazurka” (1983) romanları daxil edilib.

Kitabı Azərbaycan dilinə tanınmış Azərbaycan yazıçısı Saday Budaqlı çevirib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?