Modern.az

Bakıdakı avtobus qəzası ilə bağlı rəsmi məlumat - ölən və yaralanan var  

Bakıdakı avtobus qəzası ilə bağlı rəsmi məlumat - ölən və yaralanan var   

Aktual

11 İyun 2018, 12:43

İyunun 9-da saat 7 radələrində Xəzər rayonu ərazisində Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Yelmar Atakişiyev idarə etdiyi “Daewoo” markalı xətt avtobusunu yolun kənarındakı müşahidə kamerası quraşdırılmış dirəyə çırpıb, sonradan isə səkidə dayanmış Bakı şəhər sakini Mansur Namazovu vurub.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, hadisə nəticəində M.Namazov və avtobusun sərnişini, paytaxt sakini Soltan Zərbəlizadə xəstəxanaya yerləşdiriliblər. M.Namazov orada ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!