Azərbaycanda Ramazan bayramı münasibəti ilə qılınacaq bayram namazının vaxtı açıqlanıb.
Qafqaz Müsəlmanları İdarəsindən Modern.az-a verilən məlumata görə, bayram namazı iyunun 15-də səhər saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində qılınacaq.