Modern.az

Biləsuvar sakinində 13 kq-a yaxın narkotik aşkarlandı

Biləsuvar sakinində 13 kq-a yaxın narkotik aşkarlandı

Aktual

11 İyun 2018, 15:37

Biləsuvar sakinində 13 kq-a yaxın narkotik vasitə aşkarlanıb.

DİN-dən Modern.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Masallı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Famil Talıbov, Masallı rayon sakinləri Çingiz İbadov və əvvəllər məhkum olunmuş Həsrət Xəlilovdan 12 kiloqram 250 qram tiryək və 385 qram heroin götürülüb.
Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır