Milli Məclisin Səhiyyə Komitəsinin sədri, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilmiş akademik Əhliman Əmiraslanov bu gün Parlamentdə vətəndaşları növbəti dəfə qəbul edib.
Modern.az xəbər verir ki, Ə.Əmiraslanov qəbula gələn vətəndaşları dinləyərək onları narahat edən problemlərlə tanış olub.
Qəbulda xəstələrin müalicəsi, müxtəlif cərrahi əməliyyatlar və orqan köçürülməsi ilə bağlı müraciətlərlə yanaşı, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən olan seçicilərin sosial problemləri, məşğulluqla bağlı məsələləri də səsləndirilib. Əhliman Əmiraslanov bütün müraciətləri ayrı-ayrılıqda dinləyərək qeyd edilən problemlərin həlli istiqamətində müvafiq addımlar atılacağını bildirdi.