Modern.az

ABŞ Rusiyanın 8 fiziki və hüquqi şəxsinə qarşı sanksiya tətbiq etdi

ABŞ Rusiyanın 8 fiziki və hüquqi şəxsinə qarşı sanksiya tətbiq etdi

Aktual

11 İyun 2018, 19:28

ABŞ Rusiyanın 3 fiziki və 5 hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib.  

Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb. 

Sanksiya siyahısına Oleq Çirkov, Vladimir Kaqanski və Aleksandr Tribunun adları daxil edilib. Onların hamısı "Dayvtexnosentr" şirkəti ilə əlaqəli olduqlarına görə sanksiyaya məruz qalıblar. 

Həmçinin "Digital Security", "Dayvtexnosentr" və "Kvant" elmi-tədqiqat institutu da Rusiya Federal Təhqiqatlar Bürosu (FTB) ilə əlaqələrinə görə sanksiya siyahısına daxil edilib. 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?