Modern.az

Mayda 3225 əcnəbiyə Azərbaycanda müvəqqəti yaşama icazəsi verilib

Mayda 3225 əcnəbiyə Azərbaycanda müvəqqəti yaşama icazəsi verilib

مورد توجه

11 İyun 2018, 21:07

May ayında Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət etmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərdən 3225-nə  müvəqqəti yaşama, 237-nədaimi yaşama (müddətin uzadılması) ilə bağlı icazə vəsiqəsi verilib,   35-nin isə ölkədə müvəqqəti olma müddəti uzadılıb.


Bu barədə Modern.az-a DMX-dən məlumat verilib.

Bildirilib ki, bu ay ərzində 729 əcnəbiyə ölkədə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələri verilib.

Qeyd edək ki, DMX tərəfindən ay ərzində ümumilikdə 4226 şəxsə respublikamızda müvəqqəti və daimi yaşama,   iş icazəsi,  o cümlədən müvəqqəti olma müddətinin uzadılması ilə bağlı qərarlar qəbul olunub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı