Modern.az

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Aktual

11 İyun 2018, 23:17

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 77,37 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 0,65 dollar/barel azdır. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti isə 76,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,68 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin son qiymətinə gəlinvə, 73,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,66 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 75,04 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,51 dollar/barel azdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?