Modern.az

Bağça müdiri polis bölməsinə aparılıb

Bağça müdiri polis bölməsinə aparılıb

Aktual

11 İyun 2018, 23:46

“2015-ci il noyabr ayının 2-dən etibarən bağçalara lisenziyanı İqtisadiyyat Nazirliyi ASAN Xidmət vasitəsi ilə verməyə başlayıb”. Modern.az xəbər verir ki, bunu “Real”a açıqlamasında İqtisadiyyat Nazirliyinin mətbuat katibi Abbas Əliyev bildirib.

 

Onun sözlərinə görə, bu müddət ərzində, nazirlik uşaqların Firuzə Tağıyeva adlı müəllim tərəfindən döyüldüyü “Kids Studio Uşaq Mərkəzi” adlı  bağçaya lisenziya verməyib.

Abbas Əliyev qeyd edib ki, nazirlik bağçanın hansı əsaslarla fəaliyyət göstərdiyindən məlumatsızdır.

 

Son məlumata görə, “Kids Studio Uşaq Mərkəzi”nin müdiri Nigar Müseyibov Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə aparılıb.

Qeyd edək ki, bu gün Bakıda yerləşən özəl bağçalardan birində uşaqların tərbiyəçi tərəfindən zorakılığa məruz qalması ilə bağlı görüntülər yayılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?