Modern.az

Neftçalada 16 min manatlıq kabellər oğurlandı

Neftçalada 16 min manatlıq kabellər oğurlandı

Aktual

12 İyun 2018, 13:30

Neftçalada kabel oğruları saxlanılıb.

 

DİN mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan Modern.az-a verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinə ərazidə yerləşən istehsalat müəssisələrinin birindən ümumi dəyəri 16000 manat olan 200 metr kabelin oğurlanması barədə məlumat daxil olub.

 

Neftçala RPŞ-nin əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Elnur Mənəfov, Röyal Mehdiyev və Fərid Babayev saxlanılıb.

 

Dindirilmə zamanı hər üç şəxs törətdikləri cinayəti etiraf ediblər. Oğurladıqları kabellər onlardan maddi sübut kimi götürülüb.

Faktla bağlı Neftçala RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?