Modern.az

Balakəndə 680-dən çox evi su basdı, 8 körpünü sel apardı

Balakəndə 680-dən çox evi su basdı, 8 körpünü sel apardı

Aktual

12 İyun 2018, 15:18

Balakən rayonunda Dəli çayın daşması nəticəsində Katex kəndinin bir hissəsi ilə əlaqə kəsilib.

Modern.az saytı "Report"a istinadən xəbər verir ki, kənd ərazisində 20-dən artıq evlə əlaqə kəsilib. Kommuniklasiya xətləri sıradan çıxıb, elektrik və rabitə dirəkləri aşıb. 

Çayın daşması nəticəsində 8 avtomobil körpüsünü sel aparıb. Eyni zamanda 680-dən çox evin həyətinə və zirməsinə su dolub, bir neçə piyada keçidi uçub.

Dəyən ziyan araşdırılır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı