Modern.az

Uşaq musiqi məktəblərinin məzunlarına diplom veriləcək

Uşaq musiqi məktəblərinin məzunlarına diplom veriləcək

Aktual

12 İyun 2018, 16:56

13 iyun 2018-ci il tarixində, saat 15:00-da L. və M.Rostropoviçlər adına 21 nömrəli 11 illik Musiqi Məktəbində (Bakı şəhəri, A.Gəraybəyli küçəsi, 2) 2017-2018-ci tədris ili üzrə uşaq musiqi və incəsənət məktəblərini fərqlənmə ilə bitirən məzunların təltifolunma mərasimi keçiriləcək.

 

Modern.az xəbər verir ki, şagirdlərə diplomları Mədəniyyət naziri Əbülfəs Qarayev təqdim edəcək.

 

Təltifolunma mərasimindən sonra prezident təqaüdçüsü olan şagirdlərin çıxışlarından ibarət konsert təqdim olunacaq:

  1. Jalə Mailova (fortepiano) - R.Hacıyev adına 15 nömrəli 11 illik Musiqi məktəbi
  2. Məhəmmədəlizadə Behnam Mehta (qanun) - Ş.Ələkbərova adına 20 nömrəli 11 illik musiqi məktəbi
  3. Mahir Hacıyev (kamança) - L. və M.Rostropoviçlər adına 21 nömrəli 11 illik Musiqi Məktəbi
  4. Kamran Talıblı (fleyta) - L. və M.Rostropoviçlər adına 21 nömrəli 11 illik Musiqi Məktəbi
Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?