Xəzəryanı ölkələrin ekspertləri Astanaya toplanacaq. Modern.az xabər verir ki, bu barədə Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi açıqlama verib.
Nazir qeyd edib ki, iyunun 18-19-da keçiriləcək. bu görüş avqust ayında Qazaxıstanda keçirilməsi planlaşdırılan Xəzəryanı ölkələrin sammiti üçün hazırlıq xarakteri daşıyacaq: “Sammitin gündəliyinə Xəzərdə əməkdaşlıq məsələləri salınıb, nəqliyyat, ticarət-iqtisadi münasibətlər üzrə 5-6 sazişin imzalanması nəzərdə tutulur. Xəzər dənizinin hüquqi statusu ilə bağlı konvensiyanın layihəsi Xəzəryanı ölkələrin prezidentlərinə təqdim olunacaq”.