Modern.az

Dünya Bankı Azərbaycana yeni layihələr təklif edə bilər

Dünya Bankı Azərbaycana yeni layihələr təklif edə bilər

Aktual

12 İyun 2018, 21:27

Növbəti altı ay ərzində Dünya Bankı (DB) Azərbaycanda mümkün layihələrin kompleks qiymətləndirməsini keçirəcək. Modern.az “Trend”ə istinadən xəbər verir ki, bunu Dünya Bankının Bakı ofisinin rəhbəri Nəvid Həsən Naqvi deyib.

 

O bildirib ki, hazırda cari layihələr başa çatmaq üzrədir: “Bildiyiniz kimi, DB-nin Azərbaycan üzrə strategiyası 2015-ci ildə qəbul olunub və 2020-ci ilədək dövrü əhatə edir. Növbəti altı ay ərzində Azərbaycan hökumətinə yaxın iki il ərzində təklif edə biləcəyimiz və onları maraqlandıra biləcək layihələrin kompleks qiymətləndirməsini keçirəcəyik”.

 

Qeyd edək ki, hazırda DB Azərbaycanda doqquz layihə həyata keçirir. Bu layihələr 2019-cu ilin əvvəlində başa çatacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?