Modern.az

Silahlı şəxsin girov götürdüyü iki nəfər azad edilib - YENİLƏNİB

Silahlı şəxsin girov götürdüyü iki nəfər azad edilib - YENİLƏNİB

Aktual

12 İyun 2018, 23:43

Fransanın paytaxtı Parisdə silahlı şəxs tərəfindən girov götürülən insanlar azad edilib. Modern.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerar Kollon öz Twitter səhifəsində yazıb.

 

J.Kollon bildirib: "Silahlı şəxs saxlanılıb və girovlar azad edilib. Polis və xilasetmə xidmətlərinin sürət və peşəkarlığını alqışlayıram".

 

Qeyd edək ki, daha əvvəl bildirilirdi ki, Parisdə naməlum silahlı bir neçə nəfəri binada girov saxlayır.

 

21:56

 

Parisdə kimliyi məlum olmayan kişi iki nəfəri girov götürüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hücum edən şəxs üzərində bomba olduğu ilə hədələyib.

 

İnsident Parisin 10-cu dairəsində baş verib. Hazırda polis qüvvələri ərazidə xüsusi əməliyyat aparır.

 

“Le Parisien” nəşrinin məlumatına görə, həmin şəxs İran səfirliyi ilə telefon əlaqəsinin təmin edilməsini istəyib. Nəşrin mənbəyi girov sayının üç olduğunu və onların arasında hamilə qadının olduğunu iddia edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?