Modern.az

4 yaşlı uşaq kimyəvi maddə içərək zəhərlənib

4 yaşlı uşaq kimyəvi maddə içərək zəhərlənib

Aktual

12 İyun 2018, 23:03

Mingəçevir şəhərində 4 yaşlı uşaq kimyəvi maddə içərək zəhərlənib. Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsi, 35 ünvanında qeydə alınıb.

 

Həmin ünvana qonaq gələn 2014-cü il təvəllüdlü şəhər sakini Məmmədhüseynli Kamil Rəşad oğlu bilməyərəkdən kimyəvi məhlul içib. Azyaşlı dərhal xəstəxanaya çatdırılıb. Görülən tədbirlər nəticəsində uşağın vəziyyəti sabitləşib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?