Modern.az

"Maşın" şounun yayımında problem yarandı: SƏBƏB

Aktual

13 İyun 2018, 00:08

Bu gün efirə getməli olan "Maşın" şounun yayımında problem yaranıb. Modern.az xəbər verir ki, veriliş başlayandan bir qədər  sonra yayım kəsilib. Daha sonra televiziyada 1 saata yaxın reklam yayımlanıb.


Məsələyə münasibət bildirən verilişin aparıcısı Murad Dadaşov  problemi texniki səbəblərlə əlaqələndirib.

 

"M Group Production" da məsələ ilə bağlı açıqlama yayıb:

 

"Əziz "Maşın" şounun izləyiciləri, MGP ("M Group Production") şirkətindən asılı olmayan və "Azad Azərbaycan" telekanalına bağlı texniki səbəblərə görə bu gün 22:15-də başlayan efirimizdə müəyyən problemlər yaşanıb. Hazırda mütəxəssislər problemi aradan qaldırmağa və şounun yayımını bərpa etməyə çalışırlar. "Maşın"ın final həyəcanı davam edəcək. Bizi izləyin".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...