Modern.az

Hindistanda ağır yol qəzası: 17 ölü, 12 yaralı

Hindistanda ağır yol qəzası: 17 ölü, 12 yaralı

Aktual

13 İyun 2018, 09:10

Hindistanın Uttar-Pradeş ştatında sərnişin avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yol qəzası nəticəsində azı 17 nəfər həlak olub, 12 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 3-nün vəziyyəti ağırdır.

 

İlkin məlumata əsasən, sərnişin avtobusu ötmə əməliyyatı etmək istəyərkən maneəyə çırpılıb və aşıb.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...