Hindistanla Pakistan arasında Ramazan bayramı ilə əlaqədar əldə edilmiş atəşkəs pozulub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 4 hindli hərbçi həlak olub.
Hərbçilər minaatanlardan atılan atəş nəticəsində həyatlarını itiriblər.
Məlumata görə, daha 3 hərbçi müxtəlif dərəcəli xəsarət alıb.
Qeyd edək ki, mayın ortalarında Hindistan birtərəfli qaydada Ramazan ayının sonuna kimi atəşkəs elan edib. Eynilə Pakistan tərəfi də atəşkəsi dəstəkləyib.
Əvəz ZEYNALOV