Goranboyda iki yeniyetmə kanalda batıb.
Modern.az-ın APA-ya istinadən xəbərinə görə, rayonun Dəliməmmədli qəsəbəsindən keçən su kanalına girən 13-14 yaşlı iki oğlan boğulub.
Hadisə yerinə xilasedicilər cəlb olunub, yeniyetmələrin meyiti sudan çıxarılıb.