Modern.az

Sabirabad və Lənkəranda çətənə kolları aşkarlandı

Sabirabad və Lənkəranda çətənə kolları aşkarlandı

Aktual

15 İyun 2018, 16:48

Sabirabad və Lənkəranda çətənə kolları aşkarlanıb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Dəyanət Həsənovun yaşadığı evin həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

 

Lənkəran ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Şilavar kənd sakini Əfqan Əzizova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...