Modern.az

Fuad Muradov Gürcüstan azərbaycanlılarının problemlərini dinlədi - FOTOLAR

Fuad Muradov Gürcüstan azərbaycanlılarının problemlərini dinlədi - FOTOLAR

Aktual

15 İyun 2018, 22:42

Milli Qurtuluş Günü Azərbaycanın Gürcüstandakı səfirliyində qeyd olunub. Modern.az xəbər verir ki, səfir Dursun Həsənov, Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, səfirliyin, konsulluğun əməkdaşları, bu ölkədəki Azərbaycan şirkətlərinin nümayəndələri əvvəlcə Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət ediblər. Müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsi ehtiramla yad olunub.

Sonra tədbir səfirlikdə davam edib.

Dursun Həsənov tədbirdə çıxış edərək ötən əsrin sonlarında Azərbaycanda baş verən hadisələrə nəzər salıb, ölkəmizin müstəqillik uğrundakı mübarizəsindən, qarşılaşdığı problemlərdən danışıb, ulu öndər Heydər Əliyevin gərgin əməyi və zəngin dövlətçilik təcrübəsi nəticəsində Azərbaycanın parçalanmaqdan xilas olduğunu diqqətə çatdırıb.

Sonra dövlət komitəsinin sədri Fuad Muradov çıxış edərək Heydər Əliyevin xarici siyasət kursunu təhlil edib, diaspor quruculuğunda Ulu Öndərin xidmətlərindən danışıb. Bildirib ki, müstəqil Azərbaycanı dünyaya tanıdan Ümummilli Lider bütün azərbaycanlıları vahid ideya ətrafında birləşdirməyə nail olub. Bu gün Prezident İlham Əliyevin səyi nəticəsində bu birlik daha da möhkəmlənib, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların tarixi vətənləri ilə bağlılığı daha da güclənib.

 

Fuad Muradov bu gün, həmçinin,  Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüşüb. Komitə sədri ilk növbədə Azərbaycan Prezidenti adından ictimaiyyət nümayəndələrini 15 iyun - Milli Qurtuluş Günü və Ramazan bayramı münasibətilə təbrik edib.

 

Azərbaycan dövlətinin Gürcüstanda yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərdiyini bildirib. Qeyd edib ki, Heydər Əliyev Fondu Bolnisi rayonuna yüksək tibbi imkanlara malik təcili tibbi yardım avtomobili hədiyyə edib. Avtomobil bu gün rayon rəhbərliyinə təqdim olunub. Azərbaycanlıların Gürcüstan dövlətçiliyinin möhkəmlənməsindəki rolunu yüksək qiymətləndirib.

 

Sonra F.Muradov kənd əhalisinin qayğıları ilə maraqlanıb.

 

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Kvemo Kartli bölgəsi qubernatorunun müavini Zaur Darğallı və digər rəsmi şəxslər iştirak ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı