Sakit okeanda Tonqa adaları sahillərində 5,6 bal gücündə zəlzələ olub. Modern.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar "UTC" vatı ilə saat 13:18-də Samonanın paytaxtı Apia şəhərindən 215 kilometr cənub-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.