Modern.az

Samux sakini iş yoldaşını qətlə yetirib

Samux sakini iş yoldaşını qətlə yetirib

Aktual

16 İyun 2018, 10:14

Samux rayonunda qətl hadisəsi baş verib.

 

Modern.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə ötən gecə rayonun Ağasıbəyli kəndində qeydə alınıb.

 

Kənddə yerləşən qazpaylayıcı stansiyada nəzarətçi işləyən, 1988-ci il təvəllüdlü Rəşad Məhərrəmov iş yoldaşı 1966-cı il təvəllüdlü Əhmədov İntiqam İmamverdi oğlu ilə birgə  kafedə yemək yeyəndən sonra onu bıçaqlayaraq qətlə yetirib.

 

 

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

 

R. Məhərrəmov saxlanılıb.

 

Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?