Modern.az

Paşinyan istefa verməyə hazırlaşır – İDDİA  

Paşinyan istefa verməyə hazırlaşır – İDDİA   

Aktual

16 İyun 2018, 12:49

"Sentyabrın sonlarında baş nazir Nikol Paşinyan növbədənkənar parlament seçkiləri keçirmək niyyətindədir. Seçki Məcəlləsinə düzəlişlər ediləcək və sənəd yaxın günlərdə parlamentə təqdim olunacaq. Parlament isə iyulun 15-nə qədər növbədənkənar seçki məsələsini təsdiqləyəcək”.

Modern.az xəbər verir ki, bu açıqlamanı Ermənistanın “Jamanx” qəzeti yayıb.

Qəzet əlavə edib ki, Paşinyan məcəlləyə dəyişikliyin qəbulundan dərhal sonra istefa verəcək, parlamentin buraxılması prosesi başlayaraq.

“Jamanx”a görə, başqa bir parlament fraksiyası  öz namizədini irəli sürməyə cəsarət etmədiyindən  Paşinyan inqilabın nailiyyətlərini müdafiə etmək üçün xalqa müraciət ünvanlayacaq.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?