Modern.az

ABŞ helikopterləri Əfqanıstanda Rusiyaya uduzur

ABŞ helikopterləri Əfqanıstanda Rusiyaya uduzur

Aktual

16 İyun 2018, 14:12

ABŞ-ın Əfqanıstandakı sılahlanmada dəyişmək istədiyi “UH-60 Black Hawk” döyüş helikopter Rusiya istehsalı “Mİ-17”lərdən göstəricilərinə görə geri qalır.

 

Modern.az “The War Zone” portalına istinadən xəbər verir ki, bunu Əfqanıstanla bağlı hesabatında ABŞ Müdafiə Nazirliyinin müfəttişi Qlen Fayn bildirir.

 

Fayn Əfqanıstanda vəziyyət barədə növbəti üç aylıq hesabatında helikopterlərinin dəyişdirilməsinə etiraz edir.

“Keçid hələ ki həll olunmamış bir sıra problemlər yaradır. Onlar (Black Hawk) “Mi-17”-nin daşıya bildiyi bəzi yükləri daşıya bilmir. Nəticədə iki “Black Hawk” işə salmalı oluruq. Bundan əlavə “Black Hawk” “Mİ-17” kimi böyük yüksəkliklərdə uça bilmir. Ona görə də onu Əfqanıstanın bəzi ucqar ərazilərdə istifadə etmək mümkün olmayacaq” – Fayn hesabatda bildirib.

Müfəttiş həmçinin bu cür problemlərin keçid ərəfəsində daha aydın özünü göstərəcəyini qeyd edir.

Qeyd edək ki, Əfqanıstan Silahlı Qüvvələri 2017-ci ilin dekabrına 47 Mİ-17 helikopterə malik olub. Onlardan 24-ü ehtiyat hissələrinin olmaması səbəbi ilə istismar edilmir. Həmin tarixə ABŞ hərbçilərinin istifadəsində 8 “Black Hawk” olub. Pentaqonun planına görə 2019-cu ilin sonuna kimi onların sayı 52-yə çatdırılmalıdır.

 

Əvəz ZEYNALOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?