Modern.az

Dünya Çempionatında bir ilk - videotəkrara əsasən penalti təyin olub

Dünya Çempionatında bir ilk - videotəkrara əsasən penalti təyin olub

Aktual

16 İyun 2018, 16:14

Futbol üzrə dünya çempionatları tarixində ilk dəfə videotəkrara əsasən penalti təyin olub.

 

Modern.az “Report”a istiandən xəbər verir ki, DÇ-2018-də C qrupunu I turu çərçivəsində keçirilən Fransa – Avstraliya oyununun 56-cı dəqiqəsində baş hakim Andres Kunya texnologiyanın köməyinə müraciət edib. Avstraliya yığmasının yarımmüdafiəçisi Coşua Risdonun cərimə meydançasının daxilində Fransa millisinin forvardı Antuan Qrizmana qarşı qaydanı pozduğu epizodu təkrar izləyən baş hakim penalti qərarı verib.

 

Zərərçəkən 11 metrlik zərbəni dəqiq yerinə yetirərək, hesabı açıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?