Modern.az

Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas olunub

Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas olunub

Aktual

16 İyun 2018, 16:29

Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batma təhlükəsi ilə üzləşməsi barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

 

Modern.az FHN-in saytına istinadən verdiyi məlumata görə, Dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar. Əməliyyat başa çatıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...