Modern.az

Daşkəsəndə minik maşını yük avtomobili ilə toqquşub

Daşkəsəndə minik maşını yük avtomobili ilə toqquşub

Aktual

16 İyun 2018, 16:46

 Daşkəsən rayonunda avtomobil qəzası baş verib.

 

Modern.az-ın "Report"a istinadən Qərb bürosunun məlumatına görə, hadisə rayonun Bayan kəndində baş verib. Hərəkətdə olan "VAZ-2106" markalı avtomobil qarşı tərəfdən gələn "Shagman" markalı yük maşını ilə toqquşub. 

 

Nəticədə minik maşınında olan iki nəfər, Şəmkir rayon Seyfəli kənd sakinləri, 1994-cü il təvəllüdlü Məmişov Nürəddin Mətləb oğlu və 1979-cu il təvəllüdlü Eynulla Məhəmmədəli oğlu Hüseynov xəsarət alıb. Hər ikisinə həkimlər tərəfindən ambulator yardım göstərilib və evə buraxılıb.

 

Qəzaya düşmüş minik maşınına isə ciddi zərər dəyib.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı