Modern.az

Abşeronda 17 evdən oğurluq edən şəxs tutulub

Abşeronda 17 evdən oğurluq edən şəxs tutulub

Aktual

16 İyun 2018, 17:32

Abşeronda 17 evdən oğurluq edən şəxs tutulub.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Asif Ağayevin ətrafında Abşeron RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun bu ilin yanvar-iyun ayları ərzində rayon ərazisindəki 17 evdən oğurluq etdiyi müəyyənləşib.

 

A.Ağayevin ümumilikdə 1900 manat, 6500 ABŞ dolları, 150 avro nağd pul, xeyli sayda qızıl-zinət və gümüş əşyalar, 2 ədəd kombi aparatı, 3 ədəd televizor, qol saatı, yataq dəsti, məişət və geyim əşyaları və təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?