Modern.az

Şamaxıda yük və minik maşınları toqquşdu - 2 NƏFƏR ÖLDÜ, 4 YARALI VAR

Şamaxıda yük və minik maşınları toqquşdu - 2 NƏFƏR ÖLDÜ, 4 YARALI VAR

Aktual

17 İyun 2018, 11:05
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 123-cü km-də, Şamaxı şəhərinin girişində minik avtomobili ilə yük ("Qazel") maşınının toqquşması nəticəsində 2 nəfər ölüb, 4-ü yaralanıb.
 
Modern.az "report"a istinadən xəbər verir ki, qəza zamanı minik avtomobilində olan sərnişinlər - 1968-ci il təvəllüdlü Ucar rayon sakini Məmmədova Sima və 1985-ci il təvəllüdlü Göyçay rayon Qarayazı kənd sakini Məmmədov Elmin Zülfiqar oğlu dünyasını dəyişib, həmçinin minik avtomobilinin Göyçay rayonunun Qarayazı kədindən olan 1998-ci il təvəllüdlü sürücüsü Cabbarov Vasif Asif oğlu yaralanıb.
 
Digər üç yaralı yük maşınında olub. Bunlar "Qazel"in Şamaxı rayonundan olan 1968-ci il təvəllüdlü sürücüsü Feyzullayev Əflatun Əlqardaş oğlu, onun 1991-ci il təvəllüdlü qohumu Feyzullayev Neymət Əlzaman oğludur. Yaralılardan birinin şəxsiyyəti hələ ki, məlum deyil.
 
Xəsarət alanların hamısı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı araşadırma aparılır.
Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır