Modern.az

Rusiya parlamentinin spikeri Azərbaycana səfərə gəlir

Rusiya parlamentinin spikeri Azərbaycana səfərə gəlir

Aktual

19 İyun 2018, 13:20

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana iki günlük səfərə gəlir. Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Dövlət Dumasından məlumat verilib. Bildirilib ki, Duma sədri iyunun 24-25-də Azərbaycanda səfərdə olacaq.  

 

Səfər çərçivəsində Vyaçeslav Volodinin Azərbaycan prezidenti və Milli Məclisin sədri ilə görüşləri nəzərdə tutulub. Görüşlərdə Azərbaycan-Rusiya münasibətləri, iki ölkə arasında parlamentlər səviyyəsində əlaqələrin inkişafı müzakirə olunacaq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?