Modern.az

Dünya Çempionatı-2018: Kolumbiya yaponlara uduzdu

Dünya Çempionatı-2018: Kolumbiya yaponlara uduzdu

Aktual

19 İyun 2018, 19:04

Rusiyada keçirilən Dünya Çempionatı çərçivəsində Yaponiya yığma komandası Kolumbiya millisinə qalib gəlib.

Modern.az xəbər verir ki, oyun 2:1 hesabı ilə yekunlaşıb. "H" qrupunun bu oyunu Saransk şəhərində keçirilib.

Kolumbiyalılar ilk dəqiqələrdən meydanda azlıqda qalıblar, Karlos Sançes əllə oyuna görə qırmızı kart alıb. Penaltini isə yaponların yarımmüdafiəçisi Sindzi Kaqava reallaşdırıb - 1:0.

 

Oyunun 39-cu dəqiqəsində Xuan Kintero hesabı bərabərləşdirib, 73-cü dəqidəqə isə yaponların qələbə, oyunun isə sonuncu qolu vurulub. Qolun müəlifi Yuya Osako olub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?