Modern.az

Bakıda dəhşətli qəza - bir ailə məhv oldu

Bakıda dəhşətli qəza - bir ailə məhv oldu

Aktual

20 İyun 2018, 16:39

Bu gün səhər saatlarında Bakıda dəhşətli yol qəzası baş verib.

Modern.az lent.az-a istinadən xəbər verir ki, Pirallahı yolunda "VAZ 2106" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq işıq dirəyinə çırpılıb.

Zərbənin gücündən avtomobilin arxa oturacağında əyləşən sürücünün həyat yoldaşı Sona Əliyeva və övladı, 4 aylıq Rəna hadisə yerində vəfat edib.

Avtomobili idarə edən 33 yaşlı İsmixan Əliyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...