Modern.az

SOCAR bu ölkədə ofisini bağlayır

SOCAR bu ölkədə ofisini bağlayır

Aktual

20 İyun 2018, 18:28

SOCAR Estoniyadakı ofisini bağlamaq niyyətindədir.

 

Modern.az-ın məlumatına görə, bu barədə Estoniyanın “Äripäev” qəzeti yazır.

Dövlət Neft Şirkəti xərclərin artdığını əsas göstərərək Estoniyadakı əməliyyatlarını dayandıracaq.

 

Ofis ötən ilin oktyabr ayında İT xidmətləri və əlaqədar fəaliyyətləri təmin etmək məqsədilə açılıb. Ofis rəhbərliyi neft bazarında çətinliklərin xərcləri daha da artdığını bildirib.

Xatırladaq ki, SOCAR ötən il Kanadanın Kalqari şəhərindəki ofisini bağlamışdı.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı