Modern.az

Bakı-Quba yolunda yol qəzası: xəsarət alanlar var

Bakı-Quba yolunda yol qəzası: xəsarət alanlar var

Aktual

20 İyun 2018, 20:54

Xızı rayonunda yol qəzası baş verib, xəsarət alanlar var.

 

Modern.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Quba yolunun Yaşma yaşayış massivi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Nəticədə iki nəfər - 1996-cı il təvəllüdlü Ülvi Qədimalı oğlu Nəcəfzadə və 1995-ci il təvəllüdlü Kamran Rüstəm oğlu Məmmədov xəsarət alıb. Onlar Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?